Azərbaycan bankları 2023-cü ildə 68 milyon manat mənfəət vergisi ödəyiblər.
FED.az xəbər verir ki, 2023-cü ilin 1-ci rübü ərzində Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 11-i mənfəət vergisi ödəyib, digər 14 bank isə bunu qarşıdakı dövrlərə saxlayıb.
Hesabat dövründə bankların ödədiyi mənfəət vergisinin ümumi məbləği 68 milyon 378 min manat olub.
Bu dövrdə ən çox vergi ödəyən bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub – 25 milyon 600 min manat. Bu bütün bankların ödədiyi mənfəət vergisinin 38%-i deməkdir.
«Kapital Bank» 19 milyon 841 min manat, «Paşa Bank» isə 12 milyon 571 min manat vergi ödəyib.
«Bank of Baku», «Bank Respublika» və «Xalq Bank» da mənfəət vergisinin böy ödəyiciləri sırasındadır – 3,8-1,8 milyon manat.