Bu ilin yanvar-fevral mart ayları ərzində Azərbaycanın ən çox mənfəət əldə edən banklarının adları açıqlanıb.
FED.az bankların rüblük hesbatı əsasında hazırladığı mənfəət renkinqinə istinadən xəbər verir ki, I rübü ən yüksək mənfəətlə başa vuran bank ABB-dir. Bank ümumilikdə 65,7 milyon manat xalis mənfəət əldə edib.
"Kapital Bankın xalis mənfəəti 54,9 milyon manata bərabər olub.
"Paşa Bank"ın xalis mənfəəti 44 milyon manatı ötüb. "Bank Respublika"nın xalis mənfəəti isə 14,5 milyon manata yaxınlaşıb.
"Xalq Bank"da bu göstərici 11,9 milyon manata çatıb, "Yelo Bank"ın mənfəəti 11,2 milyon manatı ötüb.
Hesabat rübündə "AccesBank"ın xalis mənfəəti 10 milyon manatdan çox olub.