2023-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının cəmi faiz gəlirləri 3 milyard 177,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici aylıq müqayisədə 315,8 milyon manat və ya 11% ötən ilin müvafiq dövrü ilə müqayisədə 707,4 milyon manat və ya 28,6% çoxdur.
Qeyd edək ki, cari ilin noyabrın 1-nə Azərbaycan banklarının cəmi faiz gəlirləri 2 milyard 861,9 milyon manat, 2022-ci ilin dekabrın 1-nə 2 milyard 470,3 milyon manat olub.