“Bu gün bank sektorunda TOP-menecmentdə çalışan insanların əksəriyyətinin orta aylıq əmək haqqı 8-10 min manatdan çoxdur. Bu rəqəm beynəlxalq bazarlardakı əmək haqqı ilə rəqabət oluna biləcək səviyyədədir”.
FED.az APA-ya istinadən xəbər verir ki, bunu “Tələb işəgötürənlərdən, təklif UNEC-dən” adlı konfransda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, bu gün bank sektoru Azərbaycanda ən yüksək əmək haqqı verən qruplar arasındadır. “Buna baxmayaraq adi ixtisaslar, məsələn, mühasiblər, informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərə bank sektorunda böyük ehtiyac var. Bu ixtisasa sahib olan insanları biz əmək bazarından əldə edə bilmirik. Bu kimi ixtisasların tələbləri dəyişməz qaldığı üçün biz bu istiqamətdə diqqəti gücləndirməliyik”.