Banner

Bank

Azərbaycan bankirlərinə prezidentin çağırışını çatdırıblar - TOPLANTI

Azərbaycan bankirlərinə prezidentin çağırışını çatdırıblar - TOPLANTI | FED.az
11:06 6 Mart 2020

Azərbaycan bankları sosial proqramlara dəstək olmağa dəvət ediliblər.

Eləcə də bax: “Kimsə qeyri-rəsmi işləyirsə, pensiyadan da məhrum olacaq” - PREZİDENT

FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələrinin "Kapital Bank" ASC-nin ofisində təşkil olunan görüşündə özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq məsələləri müzakirə olunub.

ABA-nın prezidenti Zakir Nuriyev və Mərkəzi Bankının Baş direktoru Əliyar Məmmədyarov həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq  siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və Dövlət Məşğulluq Xidmətinin rəis müavini Rəşad Dayıyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının əhəmiyyətini vurğulayıblar.

Z.Nuriyev Assosiasiyaya üzv bankları bu çağırışa qoşulmağa və prosesin aktiv iştirakçısı olmağa dəvət edib. Dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının mühüm sosial-iqtisadi önəmini qeyd edib və bankların da iştirakı ilə proqramın daha da genişlənməsinin mühüm sosial-iqtisadi önəmini diqqətə çatdırıb.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri özünüməşğulluq proqramı haqqında geniş təqdimatla çıxış edib və bankların proqramın icra mexanizmi barədə  suallarını cavablandırıblar.

Azərbaycan bankirlərinə prezidentin çağırışını çatdırıblar - TOPLANTI | FED.azAzərbaycan bankirlərinə prezidentin çağırışını çatdırıblar - TOPLANTI | FED.azAzərbaycan bankirlərinə prezidentin çağırışını çatdırıblar - TOPLANTI | FED.az

Digər xəbərlər

Banner