24 sentyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən Təcrübə Mübadiləsi Proqramı çərçivəsində ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə ekspert qrupunun Türkiyə Respublikasında Yapı Kredi Bank ilə görüşü baş tutub.
FED.az xəbər verir ki, Ekspert qrupunda təmsil olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın və bir sıra bankların nümayəndələrinin əməkdaşların iştirak etdiyi görüşdə Yapı Kredi Bankın Kartlar üzrə Marketinq departamentinin direktoru Sabri İnci və Üzv Ticarət Obyektləri üzrə Marketinq və Partnyorlarla Əlaqələrin İdarəedilməsi departamentinin direktoru Aslı Ulusoy tərəfindən bankın ödəniş kartları bazarı, loyallıq proqramları, kart infrastrukturu ilə işin təşkili, tətbiq olunan yeniliklər mövzusunda təqdimat keçirilərək ətraflı məlumat verilib.
Eləcə də bax: “Yapı Kredi Bank Azərbaycan” 2019-cu ilin ikinci rübündə mənfəətini - CİDDİ ARTIRIB
Görüş zamanı Azərbaycanda ödəniş kartları bazarında mövcud vəziyyəti və bu istiqamətdə bank işinin təkmilləşdirilməsi üzrə atılacaq addımlar müzakirə edilib.
İlk dəfə reallaşdırılan təcrübə mübadiləsi proqramı Türkiyə və Azərbaycan bankarı arasında rəqəmsal ödənişlər sahəsində qarşılıqlı təcrübə və bilik mübadiləsinin genişlənməsinə, yeni tərəfdaşlıq əlaqələrinin müəyyən edilməsinə imkan verir.