“Rabitəbank” ASC Müşahidə Şurasının 9 yanvar 2019-cu il tarixli 003 nömrəli qərarına əsasən, 2019-cu il fevralın 28-i saat 17.00-da bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.
Eləcə də bax: Azərbaycanda bankirlər nə qədər qazanır? – 20 MİN MANATA ÇATAN MAAŞLAR VƏ PAKETLƏR
FED.az bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə Bankın 2018-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi, Bankın Audit Komitəsinin hesabatının təsdiqi, Bankın rəhbərlərinə illik bonusların ödənilməsi və cari məsələlər daxildir.
Azərbaycan bankirləri bonus alacaqlar – AÇIQLANDI
08:37
11 Yan 2019