Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə üzv
təşkilatların əməkdaşlarının, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert
Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2018” tədbiri keçirilib. FED.az-ın məlumatına görə, tədbir «Uğurlusan-BİRLİKDƏ» adı
ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli
əyləncəli müsabiqələr təşkil olunub. “Zolotaya Korona” şirkətinin baş sponsorluğu
ilə keçirilən tədbirdə 50-yə yaxın yaxın təşkilatdan 150 nəfərdən çox nümayəndə iştirak edib.