Azərbaycanda bankları arasında ilk dəfə olaraq səhmlərin açıq yerləşdirilməsi prosesi uğurla nəticələnə bilər. FED.az xəbər verir ki, fevralın 26-dan etibarən “AGBank” ASC-nin səhmlərinə abunə yazılışı başlanıb. Emissiya çərçivəsində bankın hər birinin qiyməti 2 manat olan 3,5 milyon ədəd, yəni ümumilikdə 7 milyon manatlıq səhminin yerləşdirilməsi nəzərdə tutulur. Abunə yazılışının anderrayteri olan «Unicapital» investisiya şirkətinin baş meneceri Heydər İbrahimli FED.az-a bildirib ki, səhm yerləşdirilməsi elanından sonra səhmlərin alınması üçün müraciətlər başlanıb: «Bu gün fiziki şəxslər tərəfindən müaciətlər edilir, abunə yazılışı aparılır, onların məlumatlarının götürürük ki, kim nə qədər almaq istəyir. Bu proses hələ təzə başlayıb».
Eləcə də bax: “AGBank” yeni səhmlərini kütləvi satacaq - ABUNƏ YAZILIŞI BAŞLAYIB
H.İbrahimli bildirib ki, indiyədək təqribən 3 milyon manatlıq sifariş qeydə alınıb: «Onların arasında həm hüquqi, həm də fiziki şəxslər var».
Abunə yazılışı prosesinin 3 ay davam edəcəyi və mayın 26-da başa çatacağı gözlənilir. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.
Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 milyon manata qədər yüksələcəkdir. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 milyon manata qədər artırılacağı gözlənilir.
Azərbaycan bankının səhmlərini almaq üçün növbə yaranıb
09:17
9 Mart 2018