«Azərbaycan Sənaye Bankı» ASC-nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Express Bank”ın səhmdarlarının - Yığıncağı Keçiriləcək
Bankdan FED.az-a verilən məlumata görə, ümumi yığıncaq noyabrın 5-də
Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 3-də keçiriləcək.
İclasda kənar auditorun seçilməsi və digər məsələlər müzakirə olunacaq. Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 3 ünvanında Baş Ofisində tanış ola bilərlər.