Bu gün, yanvarın 8-də “Bank of Baku” ASC-nin səhmdarlarının növbədənkənar iclası keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda deyilir. Toplantı bankın baş ofisi olan Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında baş tutacaq. Toplantı zamanı bankın gələcək strategiyası barədə müzakirələr aparılacaq.
Xatırladaq ki, hazırda “Bank of Baku” o qədər də asan olmayan dövrünü keçirir. Bank 2 aya yaxındır ki müştərilərdən əmanət qəbulunu dayandırıb. Eyni zamanda bəzi əmanətçilər bankdan pullarını çəkməyə başlayıblar. «Bank of Baku»nun kapitalı da tələbatdan aşağıdır, eləcə də, 2017-ci ilin ilk 9 ayının nəticələrinə görə, ən zərərlə işləyən banklardan biridir.
Eləcə də bax: Azərbaycanda daha bir bankda problem – ƏMANƏT QƏBULUNU DAYANDIRDI