"TuranBank"ın səhmdarlarının ümumi yığıncağının 14.10.2016-cı il tarixli qərarı ilə bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib.
Bankdan verilən məlumata görə, İdarə Heyətinin sədri vəzifəsini icra edən Nazim Sadıqov Müşahidə Şurasına üzv seçilib, 2011-ci ildən bankın Müşahidə Şurasının üzvü işləmiş Rauf Kazımov isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Eyni zamanda yığıncağın müvafiq qərarı ilə digər dəyişiklik bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə 2006-cı ildən İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Fəzail Musayevin təyiniatı ilə bağlı olub.