“Turanbank” bu ilin 3-cü rübünə olan maliyyə göstəricilərini açıqlayıb. FED.az-a xəbər verir ki, bu ilin 9 ayında bankın cəmi aktivləri 517 milyon 997 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,78% və ya 4 milyon 030 min manat çoxdur. Aktivlərin artım fonunda bankın öhdəlikləri son bir ildə bankın cəmi öhdəlikləri 2,55% və ya 11 milyon 614 min manata azalaraq 443 milyon 358 min manat təşkil edib.
Eləcə də bax:Beynəlxalq Bank səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Son bir ildə bank müştərilərinə 335 milyon 367 min manat kredit və lizinq verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,59% və ya 45 milyon 254 min manat çoxdur. Artan təkcə kreditlərin məbləği deyil, həmçinin müştərilərin depozitləri də 1,27% və ya 3 milyon 229 min manat artaraq 256 milyon 543 min manat təşkil edib.
Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin həmin dövründə bankın cəmi kapitalı 15 milyon 645 min manat və ya 20,96% artaraq 74 milyon 640 min manat olub.
Ötən ilin yanvar –sentyabr ayları ilə müqayisədə bu il bankın faiz gəlirləri 10,14% və ya 2 milyon 586 min manat, xalis faiz mənfəəti 1 milyon 515 min manat və ya 17,90% artaraq 8 milyon 461 min manat, qeyri-faiz gəlirləri 308 min manat və ya 11,48% artaraq 2 milyon 688 min manat olub. Bankın faiz xərclərində zərəri 1 milyon 072 min manat artaraq 17 milyon 033 min manat olub. Qeyri-faiz xərcləri isə 1 milyon 858 min manat və ya 21,53% artaraq 10 milyon 487 min manat zərər edib.
Bu ilin 9 ayında “Turanbank”ın cəmi gəlirləri 28 milyon 181 min manat, cəmi xərcləri isə 27 milyon 520 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən bankın 661 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 332 min aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Xalis mənfəətin 5 dəfə artması ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayırmanın 1,9 dəfə azalması ilə bağlıdır. Nəticədə bank 329 min manat mənfəətə çıxıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur.