"AFB Bank" ASC-nin İdarə Heyətinə (İH) yeni üzv seçilib.
FED.az xəbər verir ki, bu, Bankın baş direktoru Lalə Quliyevadır.
Xatırladaq ki, "AFB Bank"ın İH-nin sədri Zaur Qaraisayev bir qədər əvvəl işdən çıxıb. Onu hazırda İH sədrinin I müavini Aydın Hüseynov əvəz edib. Dəyişiklikdən sonra İH üzvlərinin sayı 3-dən 2-yə düşdüyü üçün L.Quliyevanın Bankın rəhbərliyində təmsil olunmasına qərar verilib.