«Premium Bank» özünün «Visa Platinum Miles» və «Visa Signature Miles» kart müştəriləri üçün yeni, geniş imkanlara malik olan «Visa Fast Line» xidmətini təqdim edir.
Eləcə də bax: Azərbaycanda üzüklə ödəniş etmək - MÜMKÜN OLDU
Bankdan FED.az-a verilən məlumata görə, artıq «Visa Platinum Miles» və «Visa Signature Miles» plastik kartlarının sahibləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında pulsuz olaraq yeni «Visa Fast Line» xidmətindən yararlana bilərlər. Qeyd etmək istəyirik ki, sərnişinlər sözügedən xidmətdən heç bir məhdudiyyət olmadan 01.06.2020-ci il tarixinə kimi istifadə edə bilərlər. Bu tarixdən sonra «Visa Platinum Miles» üçün ildə 2 dəfə, «Visa Signature Miles» üçün ildə 10 dəfə bu xidmət pulsuz olacaq. Kart sahibləri həm özləri, həm də eyni reyslə onlarla birgə səfər edən uşaqları (2 yaşına qədər) üçün bu xidmətdən istifadə imkanı əldə edirlər.
Visa (Miles) bonus kartı üçün mövcud üstünlüklər aşağıdakılardır:
· Reys üzrə sürətli qeydiyyat proseduru;
· Baqajın sürətlə təhvil verilməsi və aviasiya təhlükəsizliyi yoxlamasından sürətlə keçmə;
· Uçuş və gəliş zamanı pasport nəzarətindən növbəsiz keçmə.
Xidmətlər aşağıdakı bölmələrdən ibarətdir:
Uçuş – “Salam Gold” servisinin bu xidmətində “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” texnologiyası üzrə sürətli qeydiyyat prosesi və baqajın sürətlə təhvil verilməsi nəzərdə tutulur.
Gəliş – “Salam Gold” servisinin bu xidmətində gəliş zamanı “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” texnologiyası üzrə sürətli qeydiyyat prosesi nəzərdə tutulur.
“FastLine”/Uçuş xidmətindən necə yararlanmaq olar?
1. Bonus kartının sahibi 1 və ya 2 saylı terminalda “Salam Service” masasına yaxınlaşır və “Salam Gold” xidməti üçün ərizə təqdim edir. Ərizəni əvvəlcədən *1888 (Azərbaycan üçün qaynar xətt), +994 12 497 27 72, +994 12 497 27 92, +994 50 446 27 72, +994 55 446 27 72 telefon nömrələrinə zəng etməklə və ya [email protected] e-poçt ünvanına məktub göndərməklə təqdim etməyinizi tövsiyə edirik.
2. Ərizəni qəbul etdikdən sonra hava limanının əməkdaşları sərnişinə hansı girişdən istifadə etməli olması barədə məlumat verirlər.
3. Hava limanının əməkdaşı sərnişini terminalın müvafiq girişinin qarşısında xüsusi lövhəcik ilə qarşılayır.
4. Hava limanının əməkdaşı və sərnişin ödəniş kartının yoxlanılması üçün “Salam Service” masasına yaxınlaşır.
5. Ödəniş kartı yoxlamadan uğurla keçəndən sonra sərnişinə portye xidməti təklif olunur.
6. Hava limanının əməkdaşı sərnişini qeydiyyat masasına qədər yola salır və onu növbəsiz qeydiyyatdan keçirir. Lazım olduqda, gömrük bəyannaməsinin doldurulmasına kömək göstərilə bilər. Daxili prosedurlardan sonra sərnişini ümumi gözləmə zalına ötürürlər. Miniyin başlanması elan edildikdən sonra hava limanının əməkdaşı sərnişini təyyarəyə minik üçün müvafiq çıxışa qədər yola salır.
“FastLine”/Gəliş xidmətindən necə istifadə etmək olar?
· Bonus kartının sahibi gəlişdən ən azı 3 saat əvvəl bu xidmətdən istifadə üçün ərizə təqdim etməlidir.
· Ərizəni *1888 (Azərbaycan üçün qaynar xətt), +994 12 497 27 72, +994 12 497 27 92, +994 50 446 27 72, +994 55 446 27 72 telefon nömrələrinə zəng etməklə və ya [email protected] e-poçt ünvanına məktub göndərməklə təqdim etmək mümkündür.
· Hava limanının əməkdaşı sərnişini 1 saylı terminal zonasında ad və soyadın yazıldığı xüsusi lövhəcik ilə qarşılayır.
· Görüşdən sonra hava limanının əməkdaşı sərnişindən onun pasportunu tələb edir. Pasport məlumatlarının ərizədə qeyd edilən məlumatlar ilə uyğunluğuna əmin olduqdan sonra əməkdaş sərnişini sərhəd zonasının qarşısındakı xüsusi masaya yola salır.
· Əgər ödəniş kartı yoxlamadan uğurla keçərsə, sərnişin agentin müşayiəti ilə xüsusi masalarda (pasport və sərhəd nəzarəti) uçuş sonrası rəsmi prosedurlardan növbəsiz keçir.
Qeyd: Bu xidmət “Visa Platinum Miles” və “Visa Signature Miles” kartlarının sahibləri üçündür.