Müxtəlif peşə sahibləri üçün sərfəli təkliflərlə gündəmdə olan AFB Bank bu dəfə Dövlət Gömrük komitəsi əməkdaşları üçün endirim kampaniyasına start verir.
Eləcə də bax:Sərfəli “Qış kampaniyası”-nın müddəti - UZADILDI
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi əməkdaşlarının peşə bayramı münasibətilə təşkil edilən endirim kampaniyası 16-23 Yanvar tarixlərini əhatə edəcək. Kampaniya çərçivəsində kredit əldə edən gömrük əməkdaşlarına illik faiz dərəcəsinə 2% endirim (minimum illik faiz dərəcəsi 16%-dən az olmamaq şərtilə) ediləcək. Qeyd edək ki, kredit əldə edənlərə nağdlaşdırma komissiyası tətbiq edilməyəcək.
Nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.