Bu il iyulun 1-nə olan vəziyyətə görə, "Kapital Bank" ASC-nin səhmdarı olan fiziki şəxslərin (minoritar səhmdarların) sayı 190 təşkil edib.
FED.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli və ötən ilin eyni dövrü ilə müqayisədə 6 nəfər çoxdur.
Beləliklə, 2018-ci ilin yanvar-iyun aylarında "Kapital Bank"ın səhmdarlarının sayı "PAŞA Holdinq" MMC ilə birlikdə 185-dən 191-ə yüksəlib.