Azərbaycanda fəaliyyət göstərənə xarici kapitallı bank – Pakistan Mərkəzi Bankının Bakı filialı 2020-ci ilin 1-cü rübünü zərərlə başa vurub.
FED.apz bankın hesabatına istinadən xəbər verir ki, 1-ci rübdə bankın faiz gəlirləri 51,78 min manat, qeyri faiz gəlirləri 6,25 min manat, qeyri-faiz xərcləri isə 195,37 min manat olub.
Nəticədə bank rübü 137,34 min manat əməliyyat zərəri ilə başa vurub.
Aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün isə bank cəmi 2700 manat ehtiyat ayırıb. Nəticədə Pakistan Mərkəzi Bankının Bakı filialı rübü 134,62 min manat zərərlə başa vurub.
Xatırladaq ki, Pakistan Bankı ötən il də 1-ci rübü 116,8 min manat, ümumilikdə 2019-cu ili isə 400,93 min manat zərərlə başa vurmuşdu.
Birinci rübün sonunda Bankın aktivləri 12 milyon 968,5 min manat, öhdəlikləri 3 milyon 358,7 min manat, cəmi kapitalı 9 milyon 609,8 min manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın aktivləri 22,5% artıb, öhdəlikləri 6 dəfə artıb (ötən il 566 min manat idi), cəmi kapitalı isə 4,1% azalıb.
Birinci rübün sonunda bankın qiymətli kağızlara yatırımları 6 364,8 min manat (3,1% azalma), müştərilərə verilən kreditlər 893,3 min manat (25% azalma), banka yatırılan depozitlər 3 343,8 min manat (6 dəfə artım) olub.