Azərbaycanın bank sektorunun liderlərindən biri olan «Xalq Bank» Xankəndində filial açmağa hazırlaşır.
FED.az xəbər verir ki, artıq bankın baş ofisi işğaldan azad edilmiş şəhərdə çalışmaq üçün əməkdaşları toplamağa başlayıb.
Xatırladaq ki, «Xalq Bank» ölkədə ən geniş filial şəbəkəsinə malik banklardandır. Bankın ümumilikdə sayı 29-a çatan filialından 8-i Bakıda 21-i isə rayonlardadır.
Bunlar Gəncə, Zaqatala, Neftçala, Mingəçevir, Cəlilabad, Yevlax, Xaçmaz, Şabran, Qazax, İsmayıllı, Quba, Qusar, Şamaxı, Şəki, Lənkəran, Şəmkir, Şirvan, Sumqayıt, Siyəzən, Tovuz, Göyçay filiallarıdır.
Xankəndində açılacaq filial «Xalq Bank»ın işğaldan azad edilən ərazilərində ilk filialı olacaq. Filialda bütün növ bank xidmətləri, o cümlədən kredit verilməsi və kassa əməliyyatları, hesablara xidmət və sair göstərilməsi nəzərdə tutulur.