“Premium Bank”ın yanvar-sentyabr aylarına olan hesabatına görə, ümumi kredit portfeli 493 milyon 473 min manat təşkil edir. Bankın cəmi kredit portfelinin 12,08%-i vaxtı keçmiş kreditlər təşkil edir.
Eləcə də bax: “Premium Bank”a sədr - TƏYİN EDİLİB
“Premium Bank” çox krediti Bakıda verib. Paytaxtda verilən kreditlərin cəmi məbləği 465 milyon 892 min manat olub ki, bu məbləğin də 2 milyon 376 min manatı vaxtı keçib.
Bankın verdiyi kreditlərin iqtisadi sektorlar üzrə bölgüsünə gəlincə bank ən çox krediti nəqliyyat sahəsinə ayırıb -470 milyon 385 min manat. Bunun 57 milyon 175 min manatı və ya 12,15% ni vaxtı keçmiş kreditlər olub.
Bankın ikinci ən çox kredit verdiyi sahə istehlak və ipoteka krediti olub. Bank bu sahəyə 14 milyon 365 min manat kredit verib ki, bu məbləğin də cəmi 78 min manatnın vaxtı keçmiş kreditlər təşkil edib.