Nikoyl Bank” ASC nizamnamə kapitalını 34 milyon manat və yaxud 13,88% artıraraq 279 milyon manata çatdıracaq.
FED.az xəbər verir ki, bu barədə bankdakı mənbəyə istinadən xəbər veriilir.
Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 17 milyon ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı üsulla “Bakı Fond Birjası” QSC-də yerləşdiriləcək. Onları "Nikoyl Bank"ın mövcud səhmdarlarının, böyük ehtimalla “Topaz Investments” QSC-nin alacağı gözlənilir.