Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC koronavirus (COVİD-19) pandemiyasından zərər görmüş müştərilərinə güzəşt edir.
Eləcə də bax: "AFB Bank"ın mənfəəti - 23 DƏFƏ ARTIB
Bankdan FED.az-a verilən məlumata görə, bank gəlirləri koronavirus (COVİD-19) pandemiyasına görə gəlirləri azalmış müştərilərə güzəşt müddəti verəcək. Bunun üçün, güzəşt müddəti əldə etmək istəyən müştərilər Bankın saytında olan müvafiq formanı doldurmalıdırlar. Güzəşt müddəti əldə etmək üçün daxil olun: https://afb.az/az/covid/
Həmçinin, Bank, müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq ödəniş kartlarının istifadə müddətini 2020-ci ilin iyul ayına qədər uzatdı. Beləliklə, kartlarının istifadə müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq müştərilərin banka gələrək kartlarının müddətini uzatmağa ehtiyac qalmamışdır. Müştərilər bu imkandan istifadə edərək kart vasitəsilə evdən onlayn sifarişlər edə bilər, habelə alış-verişlərini nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.
Sosial izolyasiya tədbirləri çərçivəsində müştərilərin koronavirus pandemiyasından qorunması üçün AFB bank online xidmətlərini də təklif edir. Banka gəlmədən İnternet bankinq xidmətləri, həmçinin kredit ödənişlərini MilliÖn ödəniş terminalı üzərindən həyata keçirmək olar.
Xatırladaq ki, fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayan "AFB Bank" hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərir.