Azərbaycanın aparıcı banklarından olan «Access Bank»ın karantin rejiminə keçməsi ilə əlaqədar olaraq əməkdaşlarının 50-70%-i evdən çalışır.
Eləcə də bax: «AccessBank» xalis mənfəətə çıxıb – RƏQƏMLƏR AÇIQLANDI
Bu barədə FED.az-a müsahibəsində «AccesBank»ın sədrinin müavini Andrey Zainulin bildirib. Onun sözlərinə görə, hazırda bank bir tərəfdən müştərilərə bütün xidmətləri göstərmək istəyir, digər tərəfdən isə koronavirusun əməkdaşlar üçün yaratdığı riskləri azaltmağa çalışır. Buna görə də, bank rəhbərliyinin qərarı ilə hazırda «Access Bank»ın filiallardakı işçilərin 50%-i ya evdən işləyir, ya da haqqı ödənilən məzuniyyətdədir: «Yəni potensial təhlükə, məsələn yoluxma baş versə, bizim həmişə imkanımız vara ki, işçiləri əvəz edək və filiallarımızın fəaliyyətini sabit saxlayaq».