Banner

Bank

Azərbaycan bankı iş rejimini - DƏYİŞDİ

Azərbaycan bankı iş rejimini - DƏYİŞDİ | FED.az
17:28 8 Aprel 2020

Bank VTB (Azərbaycan) filiallarının iş rejimini dəyişib.

Bu barədə FED.az-a bankdan məlumat verilib.

Bildirilir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 31 mart 2020-ci il, №122 qərarına uyğun olaraq bank VTB (Azərbaycan) filiallarının iş rejimini dəyişib. Belə ki, 20 aprel 2020-ci il tarixinədək bankın filialları aşağıdakı qrafik üzrə çalışacaq:

Müştəri xidməti mərkəzi və “Əcəmi” filialı

Bazar ertəsi - Cümə 09.00-dan16.00-dək
 

“Gənclik”, “Elmlər” və “Neftçilər” filialları

 Bazar ertəsi - Cümə 09.00-dan 14.00-dək

Bank müştərilərə filiallara ziyarətlərini azaltmağı və distant kanallardan istifadə etməyi tövsiyə edir. Müştərilər bank əməliyyatlarını Facebook sosial şəbəkəsinin messencerindəki DİRECT rəqəmsal bankı, eləcə də VTB Online İnternet/Mobil bank vasitəsilə həyata keçirə bilər.   

Bankın məhsul və xidmətləri barədə əlavə məlumatı 986 nömrəli Çağrı mərkəzinə zəng vuraraq əldə etmək olar.

 

Digər xəbərlər

Banner