“Bank VTB Azərbaycan” girovda olan avtomobilləri satışa çıxarıb. FED.az xəbər verir ki, ümumilikdə hərraca 8 maşın çıxarılıb. Onlardan birinin hərracı bu gün səhər saatlarında baş tutub. Bunlar 2 ədəd Chevrolet Aveo, Seat Leon, Chevrolet Cruze, Kia Cerato, 2 ədəd Kia Rio və Kia Sportage avtomobilləridir. Eləcə də bax: DİN avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”... «Chevrolet Aveo» – 6 500 manat Avtomobilin buraxılış ili 2013, mühərrikinin həcmi isə 1400 (sm3)dir. Maşın sedan kuzovlu ağ rəngdədir. İstifadə etdiyi yanacaq növü benzindir. Yürüşü 432 959 km-dır. Sürət qutusu mexanikadır. Hərrac 30.10.2019-cu il tarixində saat 11:00-da Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-də (Bakı şəh., Yasamal ray.,C.Cabbarlı 44, Caspian Plaza 3-cü korpus, 6-cı mərtəbə) keçiriləcək. «SEAT Leon» – 10 000 manat Bankın hərraca çıxaracağı növbəti avtomobil Seat Leondur. Maşının ağ rəngli, 2013-cü il buraxılışlıdır. Xetçbek kuzovlu avttomobilin mühərikinin həcmi 1200 (sm3) -dir, yürüşü isə 226752 kilometrdir. Sürət qutusu avtomatdır. Hərrac 04.11.2019-cu il tarixində saat 11:00-dan 17:00-dək Külək MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək. «Chevrolet Cruze» – 9 450 manat Avtomobilin buraxılış ili 2013-dür. Sedav kuzovludur. Mühərrikin həcmi 1800 (sm3) - dir. Yanacaq və yürüşü göstərilməyib. Sürət qutusu avtomatdır. Avtomobilin rəngi isə tünd metal rəngindədir. Hərrac 31.10.2019-cu il tarixində saat 11:00-da Naxçıvan MR Auksion Mərkəzi Atatürk küçəsi 42 ünvanında keçiriləcək. «Kia Cerato» – 14 025 manat Avtomobil 2013-cü il buraxılışıdır. Kuzovu sedan, mühərrikinin həcmi isə 1600 (sm3) dir. Avtomobilin yanacaq növü benzindir, yürüşü göstərilməyib. Avtomobilin ilkin satış qiyməti 14 025 manatdır. Hərrac 28.10.2019-cu il tarixində saat 11:00-da Daşınar və Daşınmaz Əmlakın satış Mərkəzi MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçirilib. «Chevrolet Aveo» – 6 800 manat Buraxılış ili 2013-cü il, kuzov tipi isə sedandır. Mühərrikin həcmi 1400 (sm3) dir. Yanacaq növü benzindir. Sürət qutusu avtomatdır. Maşının rəngi ağdır. Hərracda ilkin satış qiyməti 6 800 manatdır. Hərrac 30.10.2019-cu il tarixində saat 11:00-da Külək MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək. «Kia Rio» – 13 000 manat Avtomobilin buraxılış ili 2013, kuzov nüvü isə xetçbekdir. Avtomobilin mühərrik həcmi 1400-dür. Maşının yanacaq növü və yürüşü göstərilməyib. Sürət qutusu avtomat, rəngi isə qaradır. Hərrac 04.11.2019-cu il tarixində saat 11:00-dan 17:00-dək Külək MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək. «Kia Rio» – 8 500 manat Avtomobilin buraxılış ili 2013, kuzov tipi isə sedandır. Maşının mühərrikinin həcmi 1400 (sm3), yanacaq növü isə 1400-dür. Maşının sürət qutusu avtomat, rəngi ağ, ilkin satış qiyməti isə 8500 manatdır. Hərrac 28.10.2019-cu il tarixində saat 11:00-da Daşınar və Daşınmaz Əmlakın satış Mərkəzi MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək «Kia Sportage» - 22 000 manat Avtomobilin buraxılış ili 2013-cü ildir. Kuzov növü universaldır. Mühərikinin həcmi isə 2000 (sm3)-dir. Yanacaq növü və yürüş göstərilməyib. Sürət qutusu avtomat, rəngi qaradır. İlkin satış qiyməti 22 000 manatdır. Hərrac 04.11.2019-cu il tarixində saat 11:00-dan-17:00-dək Külək MMC-də (Bakı şəh., Nərimanov ray.,İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. 1-ci mərtəbə) keçiriləcək. Hərracda iştirak üçün hərrac tarixinə 3 saat qalmış 5% miqdarında beh ödənilməlidir. Hərrac zamanı avtomobilin ilkin satış qiyməti dəyişilə bilər. Avtomobilin hərracla satışı zamanı yaranan xərclər (dövlət rüsumları) avtomobilin təyin olunmuş satış qiymətinə daxil deyil.
|
Azərbaycan bankı girovdakı avtomobilləri – SATIŞA ÇIXARDI – SİYAHI, QİYMƏTLƏR
14:00
28 Okt 2019