“TuranBank” paytaxtda yerləşən bir neçə filialının adını dəyişib. FED.az xəbər verir ki, bank müştərilərinin axtarış zamanı bankın filiallarını rahat tapa bilməsi üçün yerləşdikləri ərazilərə uyğun adında dəyişiklik edib.
Eləcə də bax: Azərbaycan bankı 500-cü işçisini – QƏBUL ETDİ
Belə ki, bundan sonra həftənin 7 günü 24 saat Nizami 53 ünvanında fəaliyyət göstərən “Yasamal” filialı “Mərkəz” filialı oldu. Bu filial Mərkəzi Univermağın yaxınlığında yerləşir və fasiləsiz xidmət göstərməkdədir. “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Nur” filialının adı dəyişdirilərək “Neftçilər” filialı, “28 May” metrostansiyası yaxınlığında yerləşən “Bakı” filialının adı “28 May” filialı, “Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Sahil” filialının adı “Gənclik” filialı, “Yasamal” parkı yaxınlığında yerləşən “Nəsimi” filialının adı “Yasamal” filialı oldu.
Qeyd edək ki, bankın ölkə üzrə 16 satış strukturu var.