Azərbaycanın aparıcı banklarından olan, bir qədər əvvəl rebrendinq edən «Yelo Bank» yeni inzibati binaya köçməyə hazırlaşır.
FED.az xəbər verir ki, bu barədə «Yelo Bank»ın Müşahidə Şurasının sədri Marina Kulişova bildirib.
Onun sözlərinə görə, rebrendinq prosesi və bəzi proseslərin optimallaşdırılması çərçivəsində 2020-ci ildə bankın baş ofisinin və baş ofisdən kənardan yerləşən struktur bölmələrinin "Parlaq bankçılıq" ("Brighter banking") konsepsiyasına tam cavab verən yeni inzibati binaya köçməsi nəzərdə tutulub.
«Hər kəsə məlumdur ki, biz bank xidmətlərinə yanaşmamızı dəyişirik. Bununla yanaşı, bizim sıralarımız onlarla təcrübəli, gənc və peşəkar mütəxəssislərlə genişlənir ki, onlar da özünü bank xidmətlərinin və texnologiyalarının inkişafında yeni parlaq hərəkatın bir hissəsi olmaq istəyir.
Bu amilləri nəzərə alsaq, bankın səhmdarları həmkarlarımız üçün əlverişli iş şəraitinin yaradılması üçün çalışır. Əminəm ki, yeni ofis Yelo komandasını ilhamlandıracaq və bankçılığı daha da parlaq etmək üçün onlara motivasiya verəcək», - deyə Marina Kulişova əlavə edib.