"AtaBank" daha 2 filialını birləşdirib.
FED.az xəbər verir ki, Bank Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov" filialını "Nizami" filialına birləşdirilib. Artıq Noyabrın 4-dən "Bakıxanov" filialının müştərilərinə "Neftçilər" metrosu yaxınlığında yerləşən “Nizami” filialında xidmət göstərilir.
Eləcə də bax: “AtaBank”da - TƏCİLİ YIĞINCAQ KEÇİRİLİB
2019-cu ilin İyul ayından "AtaBank"da islahatlara, o cümlədən filial şəbəkəsinin optimallaşdırılmasına başlanılıb. Avqust ayında Bakı şəhərində Heydər Əliyev pr., 91 ünvanında yerləşən “Xəzər” filialı "Nərimanov" filialına birləşdirilmişdir.
7 FİLİALIN FƏALİYYƏTİ DAYANDIRILIB
Qeyd edək ki, 2018-ci ildə "AtaBank" 32 filial və şöbə ilə müştərilərə xidmət göstərirdi. Hazırda "AtaBank"ın saytında verilən məlumata görə, Bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. “AtaBank”ın şəbəkəsində 5 şöbə mövcuddur. Şöbələri çıxsaq filialların sayı 27-dən 20-yə düşüb.
Marja