Azərbaycan Banklar Assosiasiyasının (ABA) 2026–2030-cu illər üzrə strateji hədəfləri təsdiqlənib: "Bu hədəflər çərçivəsində xüsusilə post-neft dövründə kiçik və orta biznesin inkişafı, yeni iqtisadi siyasətə uyğun olaraq iqtisadiyyatın maliyyələşdirilməsinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur.
Aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2026)
Azərbaycan bankları 1-ci rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR, TAM SİYAHI (2026) - YENİLƏNİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev bildirib.
O qeyd edib ki, bu proseslərə dəstək məqsədilə Azərbaycan Bank Maliyyə Tədris Mərkəzinin (ABMTM) genişləndirilməsi planlaşdırılır: "Mərkəz maliyyə sektorunda fəaliyyət göstərən assosiasiyaların təsisçiliyi ilə fəaliyyətini genişləndirəcək, kadr hazırlığına diqqət daha da artırılacaq. Ümumilikdə maliyyə sektorunda 30 mindən çox əməkdaş çalışır və onların sertifikatlaşdırılması üçün zəruri dəstək tədbirləri həyata keçiriləcək".
Z. Nuriyev bildirib ki, bununla yanaşı, Mərkəzi Bank tərəfindən risklərin idarə edilməsi və Basel standartlarının yüksəldilməsi istiqamətində görülən işlərə dəstək olaraq təlim və tədris proqramları gücləndiriləcək: "Bankların qiymətli kağızlar bazarında daha fəal iştirakı təmin ediləcək, maliyyə sektorunun müxtəlif seqmentləri arasında əməkdaşlıq və sinerji artırılacaq.
Həmçinin sığorta, qiymətli kağızlar və fintex bazarlarının inkişafı, açıq bankçılığın tətbiqi, ödəniş sistemlərinin təkmilləşdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Eyni zamanda kibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi də planlaşdırılır".
Assosiasiyası rəhbəri, həmçinin "yaşıl iqtisadiyyat"a bankların töhfəsindən də bəhs edib: "COP29 çərçivəsində bank sektoru qarşıdakı beş il ərzində 2 milyard manat həcmində yaşıl kredit öhdəliyi götürüb və bu istiqamətdə artıq müvafiq tədbirlər həyata keçirilir. Yaşıl maliyyələşdirmə həm ekoloji tarazlığın qorunmasına, həm də iqtisadiyyatın yeni dövrün tələblərinə uyğun transformasiyasına xidmət edəcək.
Sistem əhəmiyyətli banklar tərəfindən bir sıra iri pilot layihələr icra olunur və bu layihələr yaşıl, dayanıqlı iqtisadiyyata keçidin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, bir müddət əvvəl Enerji Effektivliyi Fondu yaradılıb. Banklar fondun vəsaitlərindən aktiv istifadə etməklə enerji səmərəliliyini artıran və “yaşıl iqtisadiyyat”a keçidi dəstəkləyən layihələrin ayrıca maliyyələşdirilməsini planlaşdırırlar". (Trend)














