Azərbaycanda banklar tərəfindən ev təsərrüfatlarına (ailələrə) verilmiş kreditlər 15 milyard manat həddini keçib.
Azərbaycanda problemli kreditlərin məbləği 8% azalıb
FED.az Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, 31 iyul 2024-cü il tarixində bankların ev təsərrüfatları üzrə cəmi kredit protfeli 15 milyard 66,3 milyon manat, qeyri-bank təşkilatlarının ev təsərrüfatları üzrə kredit portfeli isə 567,8 milyon manat təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə bankların ev təsərrüfatları üzrə kredit portfeli 1 milyard 551,3 milyon manat, iyul ayında isə 305,9 milyon manat artıb
Ötən ilin sonu ilə müqayisədə qeyri-bank təşkilatlarının ev təsərrüfatları üzrə kredit portfeli 76,5 milyon manat artıb, iyul ayında isə dəyişməyib.