Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 461,264 milyon manat), "PAŞA Bank" (4 647,941 milyon manat), "Kapital Bank" (3 584,384 milyon manat), "Xalq Bank" (2 214,354 milyon manat) və "Bank Respublika"dır (1 086,039 milyon manat).
Eləcə də bax: Azərbaycanda 15 bankın aktivləri azalıb - SİYAHI
Qalan 25 bankdan 8-nin aktivləri 0,5 - 1 milyard manat arasında, 16 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 10,589 milyon manatdır.
Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir.