Dövlət bankı Azər Türk Bank tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə, təhsil üzrə göstəriciləri yüksək olan tələbələr üçün Vətən müharibəsində Şəhid olmuş əməkdaşı, mühəndis proqramçı Rauf Əliyevin xatirəsinə xüsusi təqaüd təsis edib.
FED.az xəbər verir ki, bu sosial proqrama, şərtlərə görə, ali təhsil müəssisələrində informasiya texnologiyaları yönümlü ixtisaslar üzrə təhsil alan, yüksək nəticələri olan ikinci və üçüncü kurs tələbələri Banka onlayn müraciət etməklə qoşulublar.
Azər Türk Bankın nümayəndələrinin iştirakı ilə seçilən 10 nəfər tələbə 2022-ci ili əhatə edən tədris dövrü üzrə, bu ilin ötən ayları da nəzərə alınmaqla hər ay (3 aylıq yay tətilini çıxmaq şərti ilə) Bank tərəfindən təqaüd alacaq.
Martın 11-də Azər Türk Bankın Baş ofisində təqaüdçülərlə görüş olunub. Şəhid Rauf Əliyevin valideynlərinin də iştirak etdiyi bu tədbirdə tələbələrə təqaüd sertifikatları təqdim edilib.
Təqaüdə layiq görülən tələbələr:
• Məmmədli Kənan
UNEC, İnformasiya Texnologiyaları Mühəndisliyi
• Mirizadə Ləman
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri
• Ağayeva Afət
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri
• Mamedova Nərmin
Bakı Ali Neft Məktəbi, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
• Həsənov Oqtay
Bakı Mühəndislik Universiteti, Kompüter Mühəndisliyi
• Teymurova Arzu
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri
• Murad Abdullayev
Bakı Ali Neft Məktəbi, İnformasiya Təhlükəsizliyi
• Şəbnəm Mirzəyeva
Bakı Mühəndislik Universiteti, İnformasiya Təhlükəsizliyi
• Hüseynbaba Rzaquliyev
Bakı Mühəndislik Universiteti, Kompüter mühəndisliyi
• Radmila Musayeva
Bakı Ali Neft Məktəbi, İnformasiya təhlükəsizliyi