"Azər Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi olub. Fərid Orucov baş direktor vəzifəsindən uzaqlaşdırılıb.
Beləliklə, bankın baş direktorlarının sayı birə enib. Yeganə baş direktor Rəsul Hüseynovdur.
Qeyd edək ki, F.Orucov Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucovun qardaşıdır.