"Azər Türk Bank" mövqelərini daha da möhkəmləndirir.
Bankdan verilən məlumata görə, cari ilin dörd ayı ərzində Bank tərəfindən pul köçürmələri sistemləri vasitəsilə 73 min 628 əməliyyat yerinə yetirilmişdir. Müxtəlif valyutalarda daxil olan və göndərilən bu köçürmələrin məbləği 663,7 milyon manat ekvivalentindədir.
Bankın dünyanın aparıcı maliyyə-kredit təşkilatları, o cümlədən Citibank (ABŞ), Raiffeisenbank AG (Avstriya), Commerzbank AG (Almaniya), T.C.Ziraat Bankası A.Ş.(Türkiyə) kimi iri banklarla müxbir əlaqələri mövcuddur ki, bu da köçürmələrin qısa zaman ərzində və ən başlıcası təhlükəsiz yerinə yetirilməsinə təminatdır.
Səhmlərinin əsas hissəsi Azərbaycan və Türkiyə dövlətlərinə aid olan "Azər Türk Bank"ın risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin səviyyəsi, məcmu kapitalın adekvatlığı, ROA və ROE əmsalına və digər göstəricilərinə görə ölkə bankları içərisində birinci onluğa daxildir.
Hazırda Bank qarşıya qoyulmuş strateji vəzifələri yerinə yetirir, biznesin səmərəli idarə olunması sayəsində ölkə maliyyə bazarının əsas seqmentlərində mövqelərini daha da möhkəmləndirir.