Dövlət bankı Azər Türk Bankın Naxçıvan şəhərindəki filialı yeni ünvanda fəaliyyətini davam etdirəcəkdir.
Bankın mətbuat xidmətindan FED.az-a verilən məlumata görə, filialın şəhərin mərkəzi küçəsində yerləşən yeni, ikimərtəbəli, geniş binaya köçürülməsi Bankın regionlarda xidmət şəbəkəsinin inkişaf etdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilib. Daim öz müştərilərinin rahatlığının qayğısına qalan Azər Türk Bankın bu addımda əsas məqsədi müştərilərin bank xidmətlərindən istifadəsi üçün daha əlverişli, komfortlu şərait yaratmaq, onlara daha üstün və operativ xidmət göstərməkdir. Qeyd edək ki, binanın həm praktik, həm də estetik həll yolları tətbiq edilməklə yaradılmış interyeri yüksək zövqlə tərtib olunub, otaqlar, əməliyyat zalları müasir tələblər səviyyəsində qurulub.
Filialda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, ödənişlərin həyata keçirilməsi, valyuta mübadiləsi və digər bank xidmətləri təklif edilir.
Yeni ofis müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Azər Türk Bankın Naxçıvan filialı yeni ünvanda
13:23
6 Mart 2018