Azər Türk Bankın müştərilərinin sayı hazırda 16 679 nəfər təşkil edir.
Bankdan verilən məlumata görə, plastik kart müştərilərinin sayında da artım müşahidə olunur. İlin əvvəlindən bəri kartarın sayı 10 faizdən çox artaraq, hazırda 31 213 ədəd səviyyəsindədir. Kartların 80 faizə qədəri əmək haqqı kartlarıdır.
Qeyd edək ki, Azər Türk Bank ötən ili 7,4 milyon manat xalis mənfəətlə başa vurmuşdur.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.