“Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq 24 iyun 2021-ci il saat 9:30-da baş tutacaq.
Yığıncağın gündəliyinə “Azər-Türk Bank” ASC-nin 2020-ci il üzrə fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi barədə, “Azər-Türk Bank” ASC-nin 2020-ci ilin mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi barədə, “Azər-Türk Bank” ASC-nin 2020-ci il üzrə illik idarəetmə hesabatının təsdiq edilməsi barədə məsələlər daxildir.
Ünvan : Cəlil Məmmədquluzadə küçəsi, 85