Dövlət bankı “Azər-Türk Bank” ASC bu ilin I rübünü 520 min manat mənfəətlə başa vurub.
Eləcə də bax: "Azər Türk Bank" 2020-ci ili - Uğurla Başa Vurub
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 38,3% çoxdur.
Yanvar-mart aylarında “Azər-Türk Bank”ın gəlirləri 6,93 milyon manat, xərcləri 6,298 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 112 min manat təşkil edib.
Azər Türk Bankın 01 aprel 2021-ci il tarixinə aktivləri 331 milyon manat səviyyəsində olub, bBankın kredit portfelinin həcmi 162 milyon manat təşkil edib. Bunun 155,11 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Birinci rübdə Bank 520 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 28% çoxdur.
Rübün sonuna bankın məcmu kapitalının həcmi 50 207 min manat olub. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 32% təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfə yüksəkdir.
Cəmi bank öhdəliklərinin həcmi 274 milyon manat təşkil etmişdir.
Bank 159,9 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 74 milyon manatı əhalinin əmanətləridir.
Bankın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% artaraq, 95 915 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Yanvar-mart aylarında “Azər-Türk Bank”ın gəlirləri 6,93 milyon manat, xərcləri 6,298 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 112 min manat təşkil edib.