30 iyun 2017-ci il tarixinə "Azər Türk Bank" ASC-nin aktivləri 311,623 mln. manat təşkil edib. Kredit portfelinin həcmi 126,7 mln. manat olub. Bankın depozit portfeli 206,3 mln. manatdır. Tutulmalardan sonra bankın məcmu kapitalı 54,811 mln. manat, məcmu kapitalın adekvatlıq əmsalı isə 40,84% səviyyəsindədir.
"Azər Türk Bank"ın nizamnamə kapitalı 50 mln. manat səviyyəsində qalıb. Ümumi gəlirlər 12,544 mln. manat, xərclər 11,1 mln. manat təşkil edib. Cari ilin ilk yarısını bank 1,43 mln. manatlıq mənfəətlə başa vurub.
Qeyd edək ki, "Azər Türk Bank" ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.