"Azər-Türk Bank" ASC-nin Audit Komitəsinin sədri Fuad Gəncəliyev vəfat edib. Bu barədə bankın yaydığı məlumatda deyilir.
F.Gəncəliyev həmçinin Maliyyə Nazirliyinin sektor müdiri olub. Nazirliyin yaydığı elandan məlum olur ki, F.Gəncəliyevlə yanaşı, onun atası Cəmaləddin Gəncəliyev də eyni gündə dünyasını dəyişib. Qurum hər iki şəxsin vəfatı ilə əlaqədar başsağlığı verib.
Qeyd edək ki, F.Gəncəliyev 43 yaşında dünyasını dəyişib. Onun xərçəngdən əziyyət çəkdiyi bildirilir.