Dövlət bankı Azər Türk Bank mövcud vəziyyətlə əlaqədar həyata keçirilən #evdəqal kampaniyasına dəstək verməklə, müştərilərinin mənafeyi naminə növbəti güzəştlər etmişdir.
Eləcə də bax: "Azər Türk Bank"dan sahibkarlar üçün daha bir - YENİLİK
FED.az məlumat verir ki, belə ki, Bank mart, aprel və may aylarında vaxtı bitən ödəniş kartlarının istifadə müddətinin cari ilin 1 iyul tarixinədək uzadılmasını təmin etmişdir. Bunun üçün kart sahiblərinin Banka gəlməsinə, ödəniş etməsinə ehtiyac yoxdur. Kartların müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılmışdır. Həmin kartlarla ölkə daxilində bütün əməliyyatları yerinə yetirmək mümkündür.
Bundan başqa, Azər Türk Bank müştərisi olan bütün sahibkarlıq subyektlərinə dəstək məqsədi ilə onların POS-terminallar üzrə banka ödənişlərinin iki ay müddətinə dayandırılması barədə qərar vermişdir.
Ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.