Dövlət bankı Azər Türk Bankın kart sahibi olan müştəriləri ölkə xaricində edilən ödənişlərə, eləcə də atb360 mobil tətbiq vasitəsilə həyata keçirilən kommunal ödənişlərə görə cashback qazanacaqlar.
Ölkə xarici tranzaksiyalar üçün 1% cashback (aylıq limit 50 AZN) nəzərdə tutulmuşdur.
atb360 mobil tətbiq vasitəsilə ölkədaxili kommunal ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 1% cashback (aylıq limit 20 AZN) hesablanacaqdır.
TEMU və Trendyol onlayn ticarət saytlarında alış-veriş edən müştərilər 2% cashback əldə edəcəklər (aylıq limit 50 AZN).
Yeni cashback imkanlarından atb card, atb card kredit, atb card premium və yeni nəsil əməkhaqqı kart sahibləri yararlana bilərlər.
Xatırladırıq ki, aylıq maksimum cashback limiti 200 manat səviyyəsindədir.
Qeyd edək ki, cashback ay ərzində toplanaraq hər növbəti ayın 5-dək müştərinin hesabına real pul vəsaiti kimi qaytarılır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.