Daim müştərilərinin rahatlığını düşünən Dövlət bankı Azər Türk Bank Bakı Metropoliteninin istismara verilməsinin 51-ci ildönümü və 8 noyabr – Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib.
Bank 5 noyabr tarixindən etibarən "Bakı Metropoliteni" QSC-nin əməkdaşlarına xüsusi güzəştli şərtlərlə nağd kreditlər tərklif edir. Kampaniya ərzində 3 aydan 36 ay müddətinə qədər rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 18%-dən başlayır. Həmçinin, kredit üzrə komissiya xərclərinə 50 faiz güzəşt nəzərdə tutulmuşdur. Verilən kreditin maksimal məbləği 10 000 AZN-dir.
Kampaniya 30 noyabr tarixinə qədər davam edəcəkdir.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Azər Türk Bankdan metro işçilərinə 18%-lə kredit
12:17
5 Noy 2018