Dövlət bankı Azər Türk Bank kiçik və orta biznes subyektlərinə biznesin inkişafı, investisiya qoyuluşu və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə kredit təkliflərini davam etdirir.
Azər Türk Bank istehlak kreditləri kampaniyasını davam etdirir - KOMİSSİYA 0%
Belə ki, Bank cari ilin mart ayı ərzində kiçik və orta biznes subyektlərinə verilən kreditlər üzrə sərfəli şərtlərlə yeni kampaniyaya başlayıb.
Kampaniya zamanı 12 aydan 48 ay müddətinə kimi rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 11%-dən başlayır.
Bundan əlavə, müddətindən asılı olmayaraq, götürülən kreditlər üzrə komissiya 0% müəyyənləşdirilmişdir.
Kampaniya 31 mart daxil olmaqla bu tarixədək davam edəcəkdir.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.