Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə, müştərilər üçün daha sərfəli, yeni kampaniyaya başlayır.
FED.az xəbər verir ki, cari ilin 09 sentyabr tarixindən start götürən kampaniya ərzində fiziki şəxslərə illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təklif edilir.
Eləcə də müştərilər 24 ayadək olan kreditləri illik faiz dərəcəsi 13% həcmində olmaqla əldə edə biləcəklər. Qeyd edək ki, iki ilədək olan müddətə götürülən kreditlər üzrə komissiya 0%-dir.
36 və 48 ayadək olan kreditlər Bank tərəfindən illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% səviyyəsində rəsmiləşdiriləcəkdir.
Hər bir şəxsin, ortaaylıq rəsmi gəlirindən asılı olaraq, zaminlə ala biləcəyi kreditin maksimal məbləği 40 000 manat, zaminsiz - 35 000 manatdır.
Azər Türk Bankın internet səhifəsində krediti asanlıqla online sifariş vermək mümkündür.
Kampaniya 30 sentyabr daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.