2018-ci il iyul ayının 11-də dövlət bankı Azər Türk Bank-ın fəaliyyətinin 23 ili tamam olur. Bununla əlaqədar olaraq, Bank “Bizimlə yüksəl” adlı yeni kampaniyaya start verir.
9-31 iyul tarixlərii arası 23 gün davam edəcək kampaniya çərçivəsində Bankın mövcud və potensial müştəriləri xüsusi güzəştlərlə pərakəndə bank məhsulları əldə edə biləcəklər.
Belə ki, kampaniya müddəti ərzində milli valyutada cəlb edilən bütün növ əmanətlərin faizləri 1,1% artırılır. Kampaniya zamanı müraciət edən müştərinin ad günü iyul ayına təsadüf edərsə, həmin şəxsin milli valyutada qoyduğu bütün növ əmanətlər üzrə faiz dərəcələri 1,5% artırılacaqdır.
Bundan əlavə, istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı ad günü iyul ayında olan müştərilərdən komissiya (1%) tutulmayacaq.
Plastik kartın alınması üçün müraciət edən iyul doğumlu müştərilərə isə Bank tərəfindən MC Gold kartı hədiyyə edilir.
23-cü ildönümünü qeyd edən Azər Türk Bankplastik kart əldə etmək istəyənlər üçün misilsiz endirimlər təklif edir. Kampaniya müddətində MC Gold və MC Platinum kartlarını sifariş edən şəxslər qiymətin yalnız 23 faizini ödəyəcəklər. Qeyd edək ki, plastik kartları banka gəlməklə, yaxud http://azerturkbank.az/online/card/ saytından onlayn sifariş vermək mümkündür.
"Azər Türk Bank"dan ad günü münasibətilə möhtəşəm kampaniya
17:17
9 İyul 2018