Dövlət bankı Azər Türk Bank "atb friday" adlı yeni kampaniyaya start verdi.
Kampaniya ərzində 24 ayadək götürülən istehlak kreditləri üzrə komissiya tutulmayacaqdır.
Kreditlərin illik faiz dərəcəsi 11,5%-dən başlayır.
Eləcədə 24, 36, 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 13,5%, 14%, 15% səviyyəsindədir
Hər bir şəxs, özünün orta aylıq xalis gəlirindən asılı olaraq, 30 000 manatadək təminatsız kredit əldə edə bilər.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Cari ilin 24 noyabr tarixində başlayan kampaniya 06 dekabr daxil olmaqla həmin tarixədək davam edəcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.