Müştərilərinə hər zaman əlverişli şərtlər təqdim edən dövlət bankı Azər Türk Bank, bu fəsil 10-31 oktyabr tarixləri arasında məhsullarına endirimlər şamil edir.
FED.az xəbər verir ki, belə ki, kampaniya çərçivəsində kredit üzrə xidmət haqqına və istehlak kreditinin illik faizinə 10%-i həcmində endirim ediləcəkdir.
Bundan əlavə bankda əmanət yerləşdirmək istəyən şəxslər kampaniya müddəti ərzində 36 aylıq əmanətin faizlərinə 0.5% artım əldə edəcək.
Eləcə də, bu müddətdə MasterCard Gold və Visa Gold kartlarının qiyməti 10 AZN-ə enəcək. Nəzərinizə çatdırmaq istəyirik ki, bu kartları balansına 500 AZN və daha artıq məbləğ mədaxil etməklə ödənişsiz əldə edə bilərsiniz.
Kampaniya oktyabr ayının 31-dək davam edəcək.
Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz
"Azər Türk Bank"dan “10ların xeyiri” kampaniyası
11:15
9 Okt 2018