Bu gün "Azər Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. İclasda bankın İdarə Heyətinin tərkibinə dəyişiklik edilib.
Belə ki, Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Orxan Hüseynova həvalə edilib.
O. Hüseynov 2007-ci ildən bank sahəsi üzrə fəaliyyət göstərir və ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb.