İyunun13-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
FED.az xəbər verir ki, bankın mətbuat xidmətindən verilən məlumata görə, iclasda "Ernst & Young" (EY) audit şirkətinin "Azər-Türk Bank" ASC-nin 2018-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi barədə qərar qəbul olunub.
Eləcə də bax: Üzərində Rəsulzadənin şəkli olan avro buraxıldı
Audit olunmuş hesabata görə,31 Dekabr 2018-ci il tarixinəbankın cəmi aktivləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 366,8 milyon manat səviyyəsində olmuşdur. Kredit portfelinin həcmi 38 faiz yüksələrək 165,3 milyon manat təşkil etmişdir. Cəmi bank öhdəlikləri 12% artmış və 314,9 milyon manata çatmışdır.2018-ci ildə Bankın ümimi gəlirləri 24,4 milyon manat olmuş, xalis mənfəəti isə iki dəfədən çox artaraq 2114 min manat təşkil etmişdir.
2018-ci ildə Bankın müştərilərinin sayı iki dəfə artmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.